Dünya birjalarında etalon markalı neftin qiymətlərində artım müşahidə olunsa da, Azərbaycanın yüngül nefti dəyər itirib.
“Yeni Sabah” “Oil Price Charts”a istinadən xəbər verir ki, son hərracların nəticələrinə əsasən, "Brent" markalı neftin bir bareli 0.46 dollar (0.64%) bahalaşaraq 72.26 dollara yüksəlib. Şimali Amerika nefti — "WTI" markalı xam neftin qiyməti isə 0.36 dollar (0.52%) artımla 69.05 dollar təşkil edib.
Dünya bazarındakı bu artım tendensiyasının əksinə olaraq, Azərbaycanın "Azeri Light" markalı neftinin qiymətində azalma qeydə alınıb. Ölkəmizin ixrac neftinin bir bareli 1.69 dollar (1.99%) ucuzlaşaraq 83.16 dollara enib. Pepperoni pizza
Cəlalə Cəlalqızı
Telegram kanalımız