Ləman Ələşrəfqızının pulu kartına qayıtdı

saytların hazırlanması

Evə çatdırılma

Ləman Ələşrəfqızının pulu kartına qayıtdı

Sosial

03 İyul 2026 10:05 142


Kiberdələduzluğun qurbanı olan jurnalist Ləman Ələşrəfqızının pulu kartına geri qaytarılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə özü sosial şəbəkə hesabında məlumat yayıb.

O bildirib ki, cinayətkarı saxlanılıb. Sezar pizza

"DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsindən İsfəndiyar Abbasov zəng etdi, kiberdələduzun saxlanıldığını bildirdi. Pulum karta qaytarıldı. Təbii, cinayətkarın kimliyini hələlik bilmirəm, amma düşünürəm ki, onunla üzləşmək imkanım olacaq".

Xatırlatma: iyulun 1-də kibercinayətkar "Telegram"la Ümid Partiyasının sədri İqbal Ağazadənin adından istifadə edərək Ləman Ələşrəfqızından 600 manat məbləğində pulun kartına köçürülməsinə nail olub. Jurnalist pulu köçürdükdən sonra aldandığını başa düşüb və aidiyyəti üzrə müraciət edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!