Əlcəzair millisinin kapitanı Riyad Mahrez yığmadakı karyerasını başa vurduğunu açıqlayıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
35 yaşlı vinger qərarını DÇ-2026-da Əlcəzair millisinin mübarizəni dayandırmasından sonra verib. Toyuqlu pizza
Mahrez 2014-cü ildən Əlcəzair yığmasının formasını geyinirdi. O, milli komandada keçirdiyi 119 oyunda 40 qol vurub, 45 məhsuldar ötürmə edib.
Təcrübəli futbolçu Əlcəzair millisinin heyətində 2019-cu ildə Afrika Millətlər Kubokunun qalibi olub.
Əlcəzair DÇ-2026-nın 1/16 finalında İsveçrəyə 0:2 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.
Telegram kanalımız