“Azneftkimyamaş-Balaxanı Maşınqayırma Zavodu” Açıq Səhmdar Cəmiyyətində (ASC) mühüm özəlləşdirmə prosesinə start verilir. Belə ki, müəssisənin səhmlərinin əmək kollektivinə güzəştli satışı həyata keçiriləcək.
“Yeni Sabah” “Banker.az”a istinadla xəbər qanunvericiliyə əsasən, aşağıdakı kateqoriyadan olan şəxslər səhmləri güzəştli şərtlərlə almaq hüququna malikdirlər:
Əsas iş yeri həmin zavod olan cari işçilər; pizza
Mövcud qanunvericiliyə uyğun olaraq, müəssisədə əvvəlki iş yerinə qayıtmaq hüququ qorunan şəxslər;
Sözügedən zavodda 7 ildən çox çalışaraq oradan təqaüdə çıxmış keçmiş əməkdaşlar;
1 yanvar 1995-ci il tarixindən sonra ştatların ixtisarı nəticəsində işdən azad edilən və rəsmi işsiz statusu daşıyan şəxslər.
Güzəştli satış prosesində iştirak etmək üçün sifarişlər müəssisədə fəaliyyət göstərən özəlləşdirmə komissiyası tərəfindən 14 avqust – 7 sentyabr 2026-cı il tarixləri arasında qəbul olunacaq. Satışın yekunlarını rəsmiləşdirmək məqsədilə 7 sentyabr 2026-cı il tarixində iştirakçıların ümumi yığıncağının keçirilməsi planlaşdırılır. Yekun sənədlər Hərracların Təşkili Mərkəzi publik hüquqi şəxsinə təqdim ediləcək.
Prosesdə iştirak edəcək əmək kollektivi üzvlərindən və onlara bərabər tutulan şəxslərdən “Qiymətli kağızlar bazarı haqqında” Qanuna uyğun olaraq lisenziyalı investisiya şirkətlərində depo hesabının açılması tələb olunur. Güzəştli satışda yeganə ödəniş vasitəsi kimi yalnız Azərbaycan manatı qəbul ediləcək.
Əgər müəyyən olunmuş müddət ərzində hər hansı səbəbdən güzəştli satış baş tutmazsa, həmin səhmlər qanunvericiliyin digər tələblərinə uyğun olaraq dövriyyəyə buraxılacaq. Maraqlanan şəxslər əlavə məlumatları səhmdar cəmiyyətin baş ofisindən əldə edə bilərlər.
Telegram kanalımız