Sumqayıtda dənizkənarı ərazilərə çəyirtkələrin kütləvi axınının görüntüləri yayılıb.
“Yeni Sabah”ın məlumatına görə, Oxu.Az-a açıqlamasında Canlı Sistemlərin Tədqiqi İnstitutu PHŞ əməkdaşı biologiya üzrə fəlsəfə doktoru dosent Barat Əhmədov deyib ki, Abşeron yarımadası ərazisində yayılan çəyirtkə Misir çəyirtkəsinə bənzəyir.
O bildirib ki, bir neçə il bundan əvvəl də sözügedən ərazilərdə çəyirtkə yayılmışdı: pizza
"Onda da Bitki Mühafizəsi İdarəsi tərəfindən dərmanlama aparıldı və onlar məhv oldular. Görünür, haradasa onların populyasiyaları qalıb. Çəyirtkələr ildə iki-üç dəfə nəsil artırırlar.
Abşeronda bəzi bitki örtüyü zəngin olan yerlərdə məskunlaşır və qidalanırlar. Görünür, onların yumurta qoyduqları ərazilər ya əkin sahəsinə çevrilib, ya da oradakı bitki örtüyü ləğv edilib. Ona görə də qidalanmaq üçün müxtəlif yerlərə uçub gedirlər.
Qorxulu bir şey yoxdur".
Telegram kanalımız