Həbsdən sonra “Arzum”un səhifəsinə axışdılar - Cəmi 24 saata... -   FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Həbsdən sonra “Arzum”un səhifəsinə axışdılar - Cəmi 24 saata... - FOTOLAR

Şou

03 İyul 2026 13:44 111


Məhkəmə zalında həbs edilən “TikTok” fenomeni İlduzə Hacıyevanın ("Arzum9999") səhifəsində izləyici sayı durmadan artır.

"Yeni Sabah" xəbər verir ki, bunu son 24 saatın nəticələri sübut edir.

Hökm elan olunmazdan əvvəl fenomenin hesabını 813,7 min nəfər izləyirdi. Həbs qərarından sonra isə bu rəqəm 816,5 minə yüksəlib. pizza mizza

Beləliklə, Arzumun “TikTok” səhifəsi cəmi bir sutka ərzində təxminən 2800 yeni izləyici qazanıb.

Ümiyyətlə, sosial şəbəkələrdə tanınmış şəxslərlə bağlı rezonans doğuran hadisələr zamanı onların hesablarına marağın artması tez-tez müşahidə olunur. İstifadəçilər həm həmin şəxsin əvvəlki paylaşımlarına baxmaq, həm də mümkün yeni açıqlamaları izləmək üçün səhifələrinə axın edirlər. Lakin "Arzum"un "TikTok" hesabında əvvəl paylaşdığı bütün videolar silinib. Hazırda səhifəsində yalnız cinayət işi ilə bağlı göz yaşları içində etdiyi açıqlamalar və ölkə rəhbərliyinə müraciət etdiyi iki video qalıb.

Xatırladaq ki, Xəzər Rayon Məhkəməsinin hökmü ilə İlduzə Hacıyeva ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə və hadisə yerini tərk etməkdə təqsirli bilinərək 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. O, hökm elan olunduqdan sonra məhkəmə zalında həbs olunub.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!