Şəkidə 5 nəfəri it qapdı

saytların hazırlanması

Evə çatdırılma

Şəkidə 5 nəfəri it qapdı

Hadisə

03 İyul 2026 13:17 81


Şəkidə biri azyaşlı olmaqla 5 nəfəri küçə iti dişləyib.

"Yeni Sabah" Report-a istinadla xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Şəkinin Dodu məhəlləsi adlanan ərazisində baş verib.

Küçə iti 38 yaşlı Taleh Yusifov, 56 yaşlı Mehman Cabbarov, 36 yaşlı Xəyalə Mirzəyeva, 30 yaşlı Nicat Abdulrəhimov və 5 yaşlı Alparslan Əliyevə hücum edərək xəsarət yetirib. Dördpendirli pizza

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, məlumata görə, azyaşlının vəziyyəti ağır qiymətləndirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!