Rubinyan spiker olarsa, bu vəzifəsini itirəcək

saytların hazırlanması

Evə çatdırılma

Rubinyan spiker olarsa, bu vəzifəsini itirəcək

Dünya

03 İyul 2026 13:55 73


Ermənistan Milli Məclisinin sədri seçiləcəyi təqdirdə, vitse-spiker Ruben Rubinyan Türkiyə ilə münasibətlərin normallaşma prosesində Ermənistanın xüsusi nümayəndəsi olaraq qalmayacaq.

"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, bunu brifinqdə özü bildirib.

"Milli Məclisin sədri vəzifəsinə namizədliyim irəli sürüldüyü üçün bu vəzifəyə seçilsəm, Türkiyə ilə danışıqlarda Ermənistanın xüsusi nümayəndəsi olaraq qalmayacağam", - o deyib. pizza hut

Bu vəzifədə onu kimin əvəz edə biləcəyi ilə bağlı suala Rubinyan cavab verib ki, hazırda bu barədə məlumatı yoxdur: 

"Bildiyim qədəri ilə hələlik kimin olacağı müəyyən edilməyib. Təbii ki, qərarı Baş nazir və hökumət verəcək".

Vətəndaş Müqaviləsi Partiyasının idarə heyəti Ruben Rubinyanı qapalı, gizli səsvermə yolu ilə yeni Ermənistan Parlamentinin sədri vəzifəsinə namizəd göstərib.

O, hazırda Milli Məclisin vitse-spikeri vəzifəsində çalışır və eyni zamanda Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması  prosesində Ermənistanın nümayəndəsidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!