“Wizz Air” Bakı ilə Bratislava arasında birbaşa uçuşlara başlayır

saytların hazırlanması

Evə çatdırılma

“Wizz Air” Bakı ilə Bratislava arasında birbaşa uçuşlara başlayır

İqtisadiyyat

03 İyul 2026 10:21 79


Heydər Əliyev Beynəlxalq Aeroportu marşrut şəbəkəsini genişləndirməyə davam edir. 2026-cı il sentyabrın 29-dan etibarən Avropanın ən böyük aşağıbüdcəli aviaşirkəti olan “Wizz Air” Bratislava – Bakı – Bratislava marşrutu üzrə birbaşa müntəzəm reyslərə başlayacaq. Uçuşlar həftədə iki dəfə – çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək.

"Yeni Sabah" xəbər verir ki, yeni istiqamətin açılması Azərbaycan ilə Slovakiya arasında hava əlaqələrinin daha da möhkəmlənməsinə, turizm və işgüzar səfərlər üçün əlavə imkanların yaradılmasına, həmçinin sərnişinlərə Mərkəzi Avropanın perspektivli istiqamətlərindən birinə daha sərfəli və rahat çıxışın təmin edilməsinə xidmət edəcək. Bu marşrut Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq marşrut şəbəkəsinin inkişafı istiqamətində atdığı növbəti mühüm addımdır.

Reyslər üzrə aviabiletlər artıq “Wizz Air” aviaşirkətinin rəsmi internet səhifəsində və digər satış kanalları vasitəsilə əldə edilə bilər. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!