Bakının Sabunçu rayonunda 19 kiloqramdan artıq narkotik aşkarlanıb.
"Yeni Sabah" DİN-ə istinadla xəbər verir ki, rayon ərazisində keçirilən tədbir zamanı narkokuryerlik etməkdə şübhəli bilinən 32 yaşlı Elsevər Mirəliyev və 23 yaşlı Vahid Kərimov saxlanılıblar.
Onlardan ümumilikdə 19 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkarlanıb. pizza
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Telegram kanalımız