Əkrəm Əylisli birinci yerin qalibi oldu

saytların hazırlanması

Evə çatdırılma

Əkrəm Əylisli birinci yerin qalibi oldu

Yazar

03 İyul 2026 16:25 154


Azərbaycanın tanınmış yazıçısı Əkrəm Əylisli Avropa Yenidənqurma və İnkişaf Bankının 2026-cı il Ədəbiyyat Mükafatına layiq görülüb.

“Yeni Sabah” xəbər verir ki, yazıçı mükafata Sovet dövründə qələmə aldığı “Adamlar və ağaclar” trilogiyasına görə layiq görülüb. Əsər uzun illər əvvəl yazılsa da, onun ingilis dilinə tərcüməsi yalnız bu yaxınlarda nəşr olunub.

Mükafatın qısa siyahısına üç müəllif daxil edilib. Final mərhələsində Əkrəm Əylislinin “Adamlar və ağaclar” trilogiyası polyak yazıçısı Yatsek Dukayın “Buz” romanı və misirli yazıçı Şadi Lyuisin “Qrinviç xəttində” kitabı ilə yarışıb. Münsiflər heyətinin qərarı ilə builki mükafatın qalibi Əkrəm Əylisli olub. Dominos pizza

Avtobioqrafik elementlərlə zəngin olan trilogiyada hadisələr İkinci Dünya müharibəsi illərində Sovet Azərbaycanının dağ kəndlərindən birində yaşayan Sadıq adlı oğlanın gözü ilə nəql edilir. Əsərdə müharibə səbəbindən kişilərin cəbhəyə yollanması fonunda qadınların üzərinə düşən ağır əmək və ailələrin dolanışıq uğrunda mübarizəsi təsvir olunur.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!