Filtrasiya şirkətlərinə kim nəzarət edir? - Dövlət qurumu açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Filtrasiya şirkətlərinə kim nəzarət edir? - Dövlət qurumu açıqladı

Sosial

03 İyul 2026 17:53 93


Paytaxtda sakinləri təmiz, içməli su ilə təmin edən bir neçə şirkət fəaliyyət göstərir. Onların hansına etibar etmək olar, hansına yox? Fəaliyyətlərinə kim nəzarət edir?

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, filtrasiya şirkətlərinin sonrakı emal proseslərinə görə məsuliyyət daşımır.

“Yeni Sabah”ın sorğusuna cavab olaraq qurumdan bildirilib ki, xidmət əhali və qeyri-əhali abonentlərinə təqdim edilən içməli suyun bütün zəruri təmizləmə, filtrasiya və dezinfeksiya mərhələlərindən keçirildikdən sonra şəbəkəyə verilir: Pepperoni pizza

“Hazırda əhali abonentləri üçün içməli su təchizatı tarifi 1 kubmetr üçün 70 qəpik, tullantı su axıdılması xidməti də daxil olduqda isə 1 manat təşkil edir. Qeyri-əhali (sahibkarlıq subyektləri) abonentləri üçün isə bu tarif müvafiq olaraq 1 manat, tullantı su axıdılması xidməti ilə birlikdə isə 2 manatdır”.

Qurumun məlumatına görə, su təmizləmə və filtr sistemlərinin quraşdırılması ilə məşğul olan şirkətlər də suyu ayrıca mənbədən deyil, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin içməli su standartlarına uyğun şəkildə təmizləyərək mərkəzləşdirilmiş şəbəkəyə ötürdüyü eyni sudan əldə edirlər:

“Həmin şirkətlər sonradan öz fəaliyyətləri çərçivəsində suyu əlavə filtrasiya və ya digər emal proseslərindən keçirə bilərlər. Lakin bu mərhələdə istifadə olunan texnologiyalar, avadanlıqlar və suyun sonrakı emalı tamamilə həmin şirkətlərin öz məsuliyyətinə aiddir.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti vurğulayıb ki, bu cür əlavə emal proseslərinə nəzarət etmir və onların nəticələrinə görə məsuliyyət daşımır".

Aytəkin Əzizqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!