Azərbaycan iqtisadiyyatı ilə bağlı gözlənilməz iddia: “İndi o zamana deyil…”

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan iqtisadiyyatı ilə bağlı gözlənilməz iddia: “İndi o zamana deyil…”

İqtisadiyyat

03 İyul 2026 18:38 66


“Bu il Körfəzdəki müharibə və onun fəsadları dünya bazarlarında neft və qaz qiymətlərinin bahalaşmasına gətirib çıxartdı: ümumən hesab edilir ki, cari ildə neftin orta qiyməti 75 dollardan az olmayacaq, Avropada qazın orta qiyməti isə 450 dollar ətrafında bərqərar olacaq, çünki mavi yanacağa tələbat həm də klimatik faktorlardan qaynaqlanır”.

“Yeni Sabah” xəbər verir ki, bu barədə neft və qaz məsələləri üzrə ekspert İlham Şaban öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, Azərbaycan iqtisadiyyatının proqnozdan hiss ediləcək səviyyədə aşağı tempdə artımı ilə müşahidə olunacaq:

“Bu il ilk dəfə neft və qazın yüksək qiymətləri Azərbaycan iqtisadiyyatının ümumən proqnozdan hiss ediləcək səviyyədə aşağı tempdə artımı ilə müşahidə olunacaq. Bunun səbəbi nefti və qazın kifayət qədər qazanc gətirməməsinə bağlı deyil. Sadəcə dövlətin zəhmli ata obrazında hökumətə ciddi cəhdlə "pul xərcləməsini yığışdırın, indi o zamana deyil, görək dünyanın axırı nə olacaq" tapşırığından irəli gəlir. İqyisadiyyat naziri də bir qədər əvvəl təsdiqlədi ki, dövlət sifarişləri ilə həyata keçirilən layihələrə xərcləmələr azalıb.  Toyuqlu pizza

 

 

Hökumət büdcə proqnozu üzrə xərcləmələri azaltdığından ilin əvvəlindən real nəticədə büdcədə profisit (artıq pul) yaranır. Amma proqnoza görə, xərcləmələr təsdiq edilmiş büdcə üzrə həyata keçirilsəydi, ortalama hər rüb üzrə təqribən 1 mlrd manata yaxın defisit olmalıydı. 

İki həftəyə daha dəqiq bilinəcək ki, Azərbaycan iqtisadiyyatı cari ilin I yarısını necə başa vurub”.

 Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!