4 min manatlıq lotoreya biletlərini oğurlayan şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

4 min manatlıq lotoreya biletlərini oğurlayan şəxs saxlanıldı

Kriminal

28 May 2024 13:36 906


Nizami rayonunda 4 min manatlıq lotoreya biletləri oğurlayan şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenisabah.az-a verilən xəbərə görə, Nizami rayonunda avtomobillərdən birindən içərisində 4430 manat dəyərində lotereya biletləri, sənədlər, bank kartları və açarlar olan çanta oğurlanıb. Bu barədə zərərçəkən Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə məlumat verib. Həyata keçirilən tədbirlər zamanı hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvəllüdlü Fərid Əliyev saxlanılıb.

Araşdırmalar davam etdirilir. F.Əliyevin qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.  pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!