400 min manatlıq dələduzluqda ittiham olunan qadına hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

400 min manatlıq dələduzluqda ittiham olunan qadına hökm oxundu

Kriminal

24 Dekabr 2024 16:00 592


Dələduzluqda ittiham olunan İlahə Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Yenisabah.az report-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs yeddi il altı ay müddətə azadlıqdan məhrum edilib. pizza

İlahə Əhmədova bir neçə vətəndaşa pensiya düzəltmək adı ilə vəd verərək onlardan külli miqdarda pul, qızıl -zinyət əşyaları almaqla dələduzluq edib.

Ümumilikdə ziyan 400 min manata yaxındır.

İlahə Əhmədova Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!