44 yaşlı Cəbrayıl sakini döyülərək qətlə yetirildi

saytların hazırlanması

Evə çatdırılma

44 yaşlı Cəbrayıl sakini döyülərək qətlə yetirildi

Kriminal

27 Oktyabr 2024 22:42 906


Bu gün saat 20 radələrində Cəbrayıl rayon sakini 1980-ci il təvəllüdlü Şahin Vəli oğlu Şahverdiyevin döyülərək qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Semur Şahin oğlu Məmmədquliyev saxlanılıb. pizza mizza

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!