45 şəxs Azərbaycana ekstradisiya olunub - Hesabat

saytların hazırlanması

Evə çatdırılma

45 şəxs Azərbaycana ekstradisiya olunub - Hesabat

Kriminal

05 Mart 2024 15:06 1051


Ötən il xarici ölkələrdən 45 şəxs Azərbaycana ekstradisiya olunub.

Yenisabah.az "Report"a istinadla xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.

Həmin müddətdə MDB ölkələrinin ərazisində törətdikləri cinayət əməllərinə görə təqsirləndirilərək, beynəlxalq axtarışı elan edilib və Azərbaycan ərazisində müəyyən edilmiş 100 şəxs barəsində istintaq orqanlarından müvafiq vəsatətlər daxil olub, onlardan 17-si təmin edilib, 71 şəxsin verilməsindən imtina edilib, 4 vəsatət geri götürülüb, 8 vəsatət isə növbəti hesabat ilinə qalıq qalıb. pizza sifarişi

Bundan başqa, keçən il Rusiyadan 24, Moldovadan 2, Gürcüstandan 5, Ukraynadan 5, Polşadan 2, Belarusdan 4, Almaniyadan 1, Böyük Britaniyadan 1 və Livandan 1 şəxs olmaqla, ümumilikdə 45 şəxsin Azərbaycana ekstradisiya olunması təmin edilib.

Hesabat dövründə həmçinin Rusiyaya 11, Özbəkistana 5, Hindistana 1 və Türkiyəyə 1 nəfər olmaqla, cəmi 18 şəxsin Azərbaycandan ekstradisiyası təmin olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!