"Rusiyanın hücumları nəticəsində Xarkovda son dörd gündə 18 nəfər ölüb, 106 nəfər yaralanıb".
Yenisabah.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O, Rusiya ordusunun hücumlarını “şüurlu terror” adlandırıb. Toyuqlu pizza
“Təbii ki, Rusiyadan neft tədarükünə dair embarqoya ehtiyac hər ötən gün artır”, - deyə o vurğulayıb.
Ukrayna lideri tələb etdikləri silahları 53 gündür gözlədiklərini də qeyd edib:
“Açıq şəkildə ifadə etmək istəyirəm ki, silahların çatdırılmasındakı hər gecikmə, hər siyasi ləngimə Rusiyaya ukraynalıları öldürmək icazəsidir”.
Telegram kanalımız