578 uşaq xəsarət alıb - Prokurorluqdan açıqlama

saytların hazırlanması

Evə çatdırılma

578 uşaq xəsarət alıb - Prokurorluqdan açıqlama

Dünya

20 Aprel 2022 12:24 179


Ukraynada Rusiyanın təcavüzü başlayandan bəri 578 uşaq xəsarət alıb.

Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat verilib.

Ukraynada Rusiyanın genişmiqyaslı silahlı təcavüzü nəticəsində 578-dən çox uşaq xəsarət alıb. Həlak olan uşaqların rəsmi sayı dəyişməyib - 205. Yaralıların sayı artıb - 373. pizza sifarişi

Baş Prokurorluq qeyd edib ki, bu məlumatlar yekun xarakter daşımır, çünki aktiv döyüş əməliyyatları aparılan yerlərdə, müvəqqəti işğal olunmuş və azad edilmiş ərazilərdə araşdırmalar davam edir.

 Yetkinlik yaşına çatmayanlar arasında ən çox zərərçəkənlər Donetsk vilayətindədir - 118.

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!