6 kiloqram narkotik aşkarlandı - Bakıda əməliyyat

saytların hazırlanması

Evə çatdırılma

6 kiloqram narkotik aşkarlandı - Bakıda əməliyyat

Kriminal

06 Yanvar 2025 16:14 477


Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat keçirib, altı kiloqram narkotik aşkarlanıb.

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 2025-ci ilin ilk günlərində həyata keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş 49 yaşlı Zaur Əzizov saxlanılıb. Ondan iki kiloqramdan artıq yüksək təsiredici xassəyə malik narkotik vasitə olan həşiş qətranı və dörd kiloqrama yaxın marixuana aşkarlanıb. pizza

Saxlanılan şəxs ifadəsində narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satış məqsədi ilə əldə etdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb, Z.Əzizov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!