6 nəfərə edam cəzası - Bir cinayətə görə 131 məhkum

saytların hazırlanması

Evə çatdırılma

6 nəfərə edam cəzası - Bir cinayətə görə 131 məhkum

Dünya

20 Aprel 2022 14:11 401


Pakistanda İslam peyğəmbərini təhqir etdiyi iddia edilən şri-lankalı fabrik müdirini yandıraraq öldürən 6 nəfər barəsində edam qərarı verilib.

Yenisabah.az "Daily Pakistan"a istinadla xəbər verir ki, hadisə ötən ilin dekabrında Sialkot şəhərində baş verib. 48 yaşlı Priyantha Diyavadanaqe binada təmizlik işləri getdiyi üçün Peyğəmbərin adının yazıldığı plakatların müvəqqəti olaraq məkandan çıxarılmasını istəyib. Bir nəfər bunu səhv anlayıb və işçilər müdiri fabrikdən çölə çıxararaq küçənin ortasında öldürüblər.

Polis hadisə ilə bağlı 131 nəfəri həbs edib. Məhkəmə 6 nəfərə edam, 9 nəfərə ömürlük həbs, əlaltılara (9 nəfər) 5 il həbs, 72 nəfərə isə hadisəyə müdaxilə etmədikləri üçün 2 il həbs və öldürülən müdirin ailəsinə təzminat ödənilməsi barədə hökm çıxarıb. pizza sifarişi

Pakistanın Baş naziri və müdafiə naziri Şri-Lanka xalqından üzr istəyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!