7 min manat borcu olan sürücü həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

7 min manat borcu olan sürücü həbs olundu

Kriminal

18 Noyabr 2024 12:00 1066


Astarada narkotik təsiri altında avtomobil idarə edən sürücü həbs edilib.

Yenisabah.az xəbər verir ki, bu, Lənkəran rayon sakini Fuad Salayevdir.

O, Ələt-Astara yolunun Səpnəkəran kəndinin ərazisindən keçən hissəsində “VAZ” markalı avtomobillə hərəkətdə olarkən 7 min manata yaxın ödənilməmiş cəriməsi olduğu üçün saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib. pizza hut

Müayinə zamanı Fuad Salayevin avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunub və barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə o, 20 gün müddətində inzibati qaydada həbs edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!