7 yaşlı oğlanı ağacla döyüb öldürən çobana ağır cəza verildi

saytların hazırlanması

Evə çatdırılma

7 yaşlı oğlanı ağacla döyüb öldürən çobana ağır cəza verildi

Kriminal

09 Yanvar 2025 13:33 494


Ağcabədidə azyaşlı bacısı oğlunu öldürməkdə təqsirləndirilən Natiq Babayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Natiq Babayev 18 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Dördpendirli pizza

Hadisə ötən il iyunun 9-da Ağcabədi rayonunda baş verib.

Fermada çoban işləyən 39 yaşlı Babayev Natiq otlaq sahəsində bacısı oğlu 7 yaşlı Anar Əhmədovun başına ağacla bir neçə dəfə zərbə vurub.

Azyaşlı aldığı xəsarətlərdən ölüb.

Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!