2023-cü ilin 9 ayı ərzində könüllü olaraq mənşə ölkəsinə qayıdan 293 Azərbaycan vətəndaşına nağd və qeyri-nağd şəkildə reinteqrasiya yardımı göstərilib.
Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyindən bildirilib.
2023-cü ilin yanvar-sentyabr aylarında KQYR layihələri çərçivəsində ümumilikdə 1367 Azərbaycan vətəndaşı könüllü olaraq Azərbaycana qayıdıb. Qayıdış ölkələri Moldova (1149 nəfər), Almaniya (170 nəfər), Hollandiya (24 nəfər), Avstriya (11 nəfər), hərəsindən 1 nəfər olmaqla Latviya, Gürcüstan, Belarus, Macarıstan, Polşa, Türkiyə və Rumıniya olub.
Cari ilin ilk 9 ayı ərzində BMqT-nin Azərbaycan nümayəndəliyi KQYR layihələri çərçivəsində ümumilikdə 293 könüllü geri dönən şəxsə nağd pul, qeyri-nağd şəkildə reinteqrasiya və tibbi yardım göstərib.
Telegram kanalımız