97 yaşlı iranlı siyasətçi vəzifəsinə son verir

saytların hazırlanması

Evə çatdırılma

97 yaşlı iranlı siyasətçi vəzifəsinə son verir

Dünya

12 Noyabr 2023 09:30 756


İranın Ekspertlər Şurasının və Nəzarətçilər Şurasının rəhbəri olan Ayətullah Əhməd Cənnəti növbəti dövr üçün namizədliyini qeydə aldırmayıb.

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, 97 yaşlı siyasətçinin bu addımı ölkədə sensasiya kimi qarşılanıb.

Onun bu addımının səbəbi bilinmir. pizza sifarişi

Noyabrın 11-də Ekspertlər Şurasına namizədlərin qeydiyyatı başa çatıb. 491 nəfər qeydə alınıb.

Xatırladaq ki, Ekspertlər Şurası İranın Ali dini liderini seçmək səlahiyyətinə malikdir.

Ayətullah Cənnətinin namizədliyini qeydə aldırmaması bu mənanı verir ki, yeni seçkilərdən sonra Şuraya başqa bir şəxs rəhbərlik edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!