“Abituriyent” jurnalının xüsusi buraxılışı dərc olundu 

saytların hazırlanması

Evə çatdırılma

“Abituriyent” jurnalının xüsusi buraxılışı dərc olundu 

Sosial

07 Avqust 2024 12:05 397


Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc edilib. 

Dövlət İmtahan Mərkəzindən Yenisabah.az-a bildirilib ki, jurnalın bu nömrəsində ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin siyahısı, qəbul olduqları ixtisasların kodları, ixtisaslar üzrə formalaşmış keçid balları və digər zəruri məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub. 

Jurnalının elektron versiyasını (PDF formatda) www.abiturient.az saytından və ya DİM-in internet saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.  pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!