Pentaqonun Ukraynanın bioloji layihələrini maliyyələşdirməyə başlaması Donbassda hərbi qulluqçular və sakinlər arasında çoxsaylı yoluxucu xəstəliklərlə yadda qalıb.
Yennisabah.az xəbər verir ki, bunu keçirdiyi brifinqdə Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəhbəri İqor Kirillov deyib.
“Xarakterikdir ki, 2015-ci ildən – Pentaqon tərəfindən Ukrayna layihələrinin irimiqyaslı maliyyələşdirilməsinə başlanandan – hərbi qulluqçular, eləcə də Luqansk və Donetsk sakinləri arasında çoxsaylı yoluxucu xəstəliklər qeydə alınıb. Sezar pizza
Kirillov qeyd edib ki, 2016-cı ildə tulyaremiyaya yoluxma halları 2007-ci illə müqayisədə 9,5 dəfə artıb və xəstələnmə strukturunda da fərqli əlamətlər, o cümlədən hərbçilər arasında xəstələrin sayı artıb.
O xatırladıb ki, NATO-nun təlimatlarında (Radiasiya, kimyəvi, bioloji və nüvə itkilərinin qiymətləndirilməsi üzrə Təlimat) tulyaremiya prioritet bioloji agentlərdən biri hesab olunur. Məhz bu patogen 2012-ci ildə rəsmi təsdiqi ilə alyansın İsveçdəki poliqonlarda hərbi təlimləri zamanı istifadə edilib./Unikal.org
Telegram kanalımız