ABŞ ordusunun sıravi əsgəri Etan Felan Meltzer 2020-ci ildə bölməsindəki hərbçiləri öldürmək niyyətində olduğunu etiraf edib.
Yenisabah.az AP-a istinadla xəbər verir ki, 24 yaşlı Meltzer Manhettendə federal məhkəmədə günahını etiraf edib. Hökm yanvarın 6-na təyin edilib: o, ABŞ hərbi qulluqçularını öldürməyə cəhddə, terrorçuları dəstəkləməkdə və milli müdafiə ilə bağlı qeyri-qanuni məlumat ötürməkdə təqsirli bilindikdən sonra 45 ilədək həbs cəzası ala bilər.
Federal məhkəmə sənədləri iddia edir ki, Meltzer 2018-ci ilin dekabrında hərbi xidmətə getməzdən əvvəl artıq "Doqquz Künc Ordeni" və ya "09A" kimi tanınan radikal zorakılıq qrupunun üzvü olub. Bu qrup Böyük Britaniyada yerləşən və hazırda bütün dünyada, o cümlədən ABŞ-da fəaliyyət göstərən anarxist qrupdur. Sezar pizza
Telegram kanalımız