ABŞ Qəzza və İordan çayının qərb sahilini bir idarə altında birləşdirəcək model nəzərdə tutur.
Yenisabah.az xəbər verir ki,ABŞ Dövlət Departamenti İordan çayının qərb sahili ilə Qəzzanı vahid administrasiya altında birləşdirəcək idarəetmə modelinin gələcəkdə müzakirə edilməli olduğunu bildirib.
Xarici İşlər Nazirliyinin sözçüsü Metyu Miller gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: Toyuqlu pizza
“Mən burada daha sonra aparacağımız konkret danışıqları qiymətləndirmək istəmirəm, lakin deyim ki, biz ümumilikdə Fələstinin rəhbərliyi altında İordan çayının qərb sahilini və Qəzzanı birləşdirən bir administrasiyanın zəruriliyini müzakirə edəcəyik".
Təfərrüatlı məlumat verməkdən çəkinən Miller, bu mövzuda detalların nə olması ilə bağlı “özəl diplomatik görüşlərdə müzakirələr aparılmalıdır” deməklə kifayətlənib.
Miller Qəzzada seçkilərlə hakimiyyətə gələn Həmas administrasiyasını kimin və hansı üsulla əvəzləyəcəyi məsələsinə toxunmayıb.
Aytac Şahin
Telegram kanalımız