ABŞ-ın 2023-cü il üçün hərbi büdcəsi 45 milyard dollar artacaq.
Yenisabah.az "Military Times"a istinadla xəbər verir ki, bu qərarı ABŞ Senatının müvafiq komitəsi təsdiqləyib. Nəticədə gələn il üçün ABŞ-ın ümumi müdafiə büdcəsi 847 milyard dollar təşkil edəcək.
ABŞ silahlı qüvvələrinin hərbi və mülki işçilərinə ödənişlər 4,6% artacaq. Hərbi büdcədə yeni hərbi texnikanın, sursatların alınması, həmçinin, Ukraynaya yardım da nəzərdə tutulub. pizza
Telegram kanalımız