ABŞ İsrailə 14 min tank mərmisi satır

ABŞ İsrailə 14 min tank mərmisi satır

Dünya Veb saytların hazırlanması

09 Dekabr 2023 22:44 642


ABŞ Dövlət Departamenti və Pentaqonun müvafiq idarəsi bəyan edib ki, Birləşmiş Ştatlar İsrailə 13,981 ədəd M830A1 MPAT 120 mm tank mərmisi və müvafiq avadanlıqları 106,5 milyon dollara satır.

Eyni zamanda, ABŞ dövlət katibi Antoni Blinken Konqresə Vaşinqtonun milli təhlükəsizliyik maraqları naminə yuxarıda qeyd olunan mərmilərin dərhal İsrail hökumətinə satılmasını izah edib. Bu baxımdan, Konqres adi təchizatlarda olduğu kimi hərbi məhsulların satışını əngəlləyə bilməyəcək.

ABŞ rəsmiləri bu satışın bölgədəki “əsas hərbi balansı dəyişməyəcəyini” deyirlər. Qeyd edilir ki, satış ABŞ-nin müdafiə sisteminin döyüş hazırlığına mənfi təsir göstərməyəcək və ordunun ehtiyatlarından həyata keçiriləcək./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!