ABŞ Konqresi “TikTok” barədə qərarı təsdiqlədi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Konqresi “TikTok” barədə qərarı təsdiqlədi

Dünya

14 Mart 2024 13:54 565


ABŞ Konqresi Çin konserni ByteDance qarşısında  6 ay ərzindəTikTok-un Amerika hissəsini satma tələbi qoyub.

Yenisabah.az xəbər verir ki, Nümayəndələr Palatası səs çoxluğu ilə buna dair qanun layihəsini təsdiqləyib.

Əks halda, TikTok ABŞ-da qadağan olunacaq. Pepperoni pizza

Respublikaçıların nümayəndəsi Stiven Şalis TikTok qərarını “kritik milli təhlükəsizlik problemi” adlandırıb. Lakin ABŞ Senatının bu qanun layihəsini dəstəkləyib-dəstəyməyəcəyi hələlik bəlli deyil.

Öz növbəsində, ABŞ prezidenti Co Bayden bu qanunu imzalamağa hazır olduğunu bildirib.

TikTok rəhbərliyi bütün ittihamları rədd edir. Sosial şəbəkədən ABŞ-da 170 milyon insan istifadə edir ki, bu da ölkə əhalisinin təxminən yarısını təşkil edir. Platforma ilə bağlı mübahisə ABŞ-da hazırkı prezidentlik yarışı zamanı seçki kampaniyasının mühüm mövzularından birinə çevrilib. Hər iki partiyanın millət vəkilləri qanun layihəsinə qarşı çıxan qəzəbli gənc TikTok istifadəçilərinin zənglərinin artdığını bildirirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!