Hondurasın keçmiş prezidenti Xuan Orlando Ernandes ABŞ federal məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinib.
Yenisabah.az BBC-yə istinadla xəbər verir ki, o, ABŞ-a kokain idxal etmək üçün sui-qəsddə və pulemyotlar da daxil olmaqla, “dağıdıcı qurğulara” sahib olmaqda təqsirli bilinib.
Prokurorlar bildiriblər ki, eks-prezident Hondurası narkotik alverçilərindən rüşvət alaraq “narko-dövlət” kimi idarə edib. pizza mizza
Ernandesi indi ömürlük həbs cəzası gözləyir.
Ölkənin 55 yaşlı keçmiş prezidenti hər hansı qanun pozuntusunu rədd edir.
Ernandes 2014-cü ildən 2022-ci ilə kimi Honduras prezidenti vəzifəsini tutub.
Prezidentlikdən ayrıldıqdan üç ay sonra o, Nyu Yorka ekstradisiya edilib və 2022-ci ilin aprelində ABŞ-da federal ittihamlarla üzləşmək üçün həbs olunub.
Telegram kanalımız