Rusiyadakı bir çox qruplar ABŞ-ın xəbərdarlığına baxmayaraq, Rusiya kəşfiyyatının terror aktının qarşısını ala bilməməsini sərt şəkildə tənqid edib.
Yenisabah.az xəbər verir ki, hücumun Rusiya kəşfiyyat təşkilatı FSB, İsrail kəşfiyyat təşkilatı Mossad və ya MKİ tərəfindən təşkil edildiyinə dair bir çox sui-qəsd nəzəriyyələri də sosial mediada müzakirələrə səbəb olub.
Qeyd edək ki, bu ayın əvvəlində ABŞ Moskvada böyük bir hücum ola biləcəyini bəyan etmiş və Rusiyadakı vətəndaşlarını insanların sıx olduğu yerlərdən uzaq durmağa çağırmışdı. Marqarita pizza
Həmçinin, Rusiya da İŞİD-in sinaqoqlara hücumunun qarşısını aldığını açıqlayıb. Rusiya rəsmiləri həmçinin ölkənin bir hissəsi olan İnquşetiyada 6 İŞİD yaraqlısının öldürüldüyünü bildirib.
Aytac Şahin
Telegram kanalımız