ABŞ Moskvadakı terroru əvvəlcədən bilirmiş? - ŞOK DETALLAR

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Moskvadakı terroru əvvəlcədən bilirmiş? - ŞOK DETALLAR

Dünya

22 Mart 2024 23:53 765


Bu gün axşam saatlarında Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Crocus City Hall” ticarət mərkəzində atışma, ardınca güclü partlayış olub. 

Yerli kanallar bildirir ki, hadisə nəticəsində 40-dan çox şəxs həlak olub, 100-dən çox yaralı var.

Məlumata görə, Ağ Ev hadisə ilə əlaqədar Rusiyaya başsağlığı verib. Dominos pizza

Rəsmi Moskva isə silahlı insidentin terror aktı olduğunu açıqlayıb.

Moskvadakı bu hadisə bir neçə həftə əvvəl ABŞ-ın Rusiyada terror aktı ola biləcəyi barədə xəbərdarlıqları diqqət mərkəzinə gətirib.

Belə ki, ABŞ-ın Rusiyadakı səfirliyi martın əvvəlində "ekstremistlərin" Moskvada qaçılmaz hücum planları olduğuna dair xəbərdarlıq edib.

Səfirlik insanları konsertlərdən və izdihamdan qaçmağa çağırıb, ətraf ərazilərdən xəbərdar olmağa səsləyib.

İngiltərə, Kanada, Cənubi Koreya və Latviya kimi ölkələr də ABŞ-ın xəbərdarlığını təkrarlayıblar və öz vətəndaşlarına Rusiyaya getməmələrini söyləyiblər.

Bundan əlavə, ABŞ Rusiya üçün ən yüksək xəbərdarlıq səviyyəsini tətbiq edib. Rusiya bu siyahıda Əfqanıstan, Suriya, Yəmən və Cənubi Sudan və İranla eyni səviyyədə yer alıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!