ABŞ-nin İranla müharibədə itkiləri hesablandı

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-nin İranla müharibədə itkiləri hesablandı

Dünya

01 May 2026 11:16 129


ABŞ İranla müharibədə 2,8 milyard dollarlıq təyyarə itirib.

"Yeni Sabah" Əl-Cəzirə-yə istinadla xəbər verir ki, təkcə Səudiyyə Ərəbistanındakı ABŞ bazasına raket və dron hücumları ilə 700 milyon dollarlıq radar müşahidə təyyarəsini məhv edilib.

Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) məlumatına görə, İranın raketləri və dronları, eləcə də "dost atəşi" ilə 2,3 milyard dollardan 2,8 milyard dollara qədər ABŞ hərbi texnikasını məhv edilib.

Bu qiymətləndirməyə regiondakı ABŞ bazalarındakı itkilər, eləcə də ixtisaslaşmış avadanlıqlar və ya dəniz aktivləri daxil deyil.

Təkcə "dost atəşi" nəticəsində martın əvvəlində Küveytdə 3 "F-15" qırıcı təyyarəsi vurulub.

İtirilən THAAD sistemlərinin ümumi dəyəri 485 milyon dollardan 970 milyon dollara qədərdir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!