“Avropa demokratiyasını təmsil etmək iddiasında olan Avropa Parlamentinin Azərbaycana qarşı fəaliyyət göstərən qrupların və müxtəlif maraq dairələrinin əlində alətə çevrilməsi təəssüf doğurur”.
“Yeni Sabah” xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında spiker Sahibə Qafarova səsləndirib.
O bildirib ki, bir neçə il bundan əvvəl Azərbaycanın Avropa Parlamenti ilə münasibətləri bir sıra ciddi siyasi qərarların qəbul edilməsi ilə nəticələnib:
“2015-ci ildə Milli Məclis Avropa Parlamentinin Azərbaycan barəsində sistemli və davamlı şəkildə apardığı qarayaxma kampaniyasına cavab olaraq bu təşkilatla qarşılıqlı əməkdaşlığı dayandırmağa məcbur olub. Milli Məclis Avropa Parlamentindən tələb etmişdir ki, Azərbaycana münasibətdə obyektiv mövqe tutsun və bu yanaşmanı reallıqlarla nümayiş etdirsin. Bu qərar qəbul edildikdən sonra Avropa Parlamenti tərəfindən dialoqu bərpa etmək məqsədilə bir sıra addımlar atıldı, o cümlədən vitse-prezidentlərdən ibarət səlahiyyətli nümayəndə heyəti Azərbaycana göndərilib. Avropa Parlamentinin bu səylərindən sonra Milli Məclis əməkdaşlıq maraqlarını əsas tutaraq 2016-cı ilin sentyabr ayında münasibətlərin bərpasına dair qərar qəbul edib. Təəssüf ki, ötən on il Avropa Parlamentinin Azərbaycana qarşı hərəkətlərində təmkinli niyyət nümayiş etdirmədiyini göstərib”.
Nazim Hacıyev
Telegram kanalımız