İrandan Azərbaycana ümumi çəkisi 55 kiloqram 574 qram narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.
Bu barədə “Yeni Sabah”a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, hadisə xidmətin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində qeydə alınıb.
Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində aprel ayının 23-də saat 17:25-də 23 kiloqram 300 qram, aprelin 26-da saat 14:45-də isə 32 kiloqram 274 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Telegram kanalımız