Siyavuş Novruzov:   “Aliment Fondu yaratmaq olmaz”

saytların hazırlanması

Evə çatdırılma

Siyavuş Novruzov: “Aliment Fondu yaratmaq olmaz”

Sosial

01 May 2026 13:20 97


“Bizim həmvətənlərimiz Rusiya, Ukrayna, Moldova, Belarus və digər yerlərdə nikaha giriblər, evləniblər və dünyaya uşaqlar gətiriblər. Bir neçə 10 ildən sonra köçüb vətənə qayıdıblar”.

“Yeni Sabah” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputat Siyavuş Novruzov parlamentin  mayın 1-də keçirilən plenar iclasında “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1993-cü il 22 yanvar tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, indi məhkəmə qaydasında həmin uşaqların saxlanılması üçün aliment tələb olunanda, bunu ödəməlidirlər:

“Biz də fikirləşirik ki, gələcəkdə ölkəmizdə Aliment Fondu yaradaq. Belə bir fond yaransa, həmin fondun vəsaitlərinin böyük əksəriyyəti onlara gedəcək”.

S.Novruzov qeyd edib ki, burada hansısa forma düşünmək lazımdır:

“Konvensiyaya qoşulmaqla biz insan hüquqlarına olan diqqətimizi göstəririk, amma eyni zamanda ölkəmizin vəsaitlərinin səmərəli xərclənməsinə nəzarət etməliyik”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!