Özünü sayt rəhbəri və jurnalist kimi təqdim edən 5 nəfər həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Özünü sayt rəhbəri və jurnalist kimi təqdim edən 5 nəfər həbs olundu

Kriminal

01 May 2026 14:17 107


"Kanal 21" yutub səhifəsinin rəhbəri Fərhad Quluyev və "bakuxəbər.az" saytının rəhbəri Zamiq Quliyev həbs edilib.

"Yeni Sabah" qafqazinfo-ya istinadla xəbər verir ki, onlar saxlanılaraq məhkəməyə təqdim edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin müvafiq qərarı ilə onların hər biri barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Həmin şəxslərlə yanaşı, özlərini jurnalist kimi təqdim edən İlqar Əliyev, Rəhman Ələsgərov və İlhami Nəsibov da polis tərəfindən saxlanılıb. Məhkəmə onların barəsində də həbs qətimkan tədbiri seçib.

Adları çəkilən şəxslər bir neçə vətəndaşa qarşı hədə-qorxu ilə tələbetmə cinayətində ittiham edilir. Toplanmış faktlarla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə açılmış işin istintaqı davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!