Cefri Epşteynin həbsxanada yazdığı iddia edilən intihar qeydi üzə çıxıb.
“Yeni Sabah” The New York Times-a istinadla xəbər verir ki, sənədi təxminən 7 il əvvəl məhkəmə möhürləyərək ictimaiyyətə açıqlamayıb.
Qeydin istintaq orqanlarının əlinə keçməməsi Epşteynin ölümünün araşdırılmasında mühüm ipuclarından birinin nəzərdən kənarda qalmasına səbəb ola bilər.
İddialara əsasən, Epşteinin intihardan əvvəl yazdığı qeydində “Artıq vidalaşmağın vaxtıdır” ifadəsi işlədib. Sənədi ilk dəfə onun həbsxana yoldaşı aşkarlayıb.
Xatırlatma: maliyyəçi Cefri Epşteyn yetkinlik yaşına çatmayan qızlara qarşı cinsi istismar və insan alveri şəbəkəsi yaratmaqda ittiham edilirdi. O, 2019-cu ildə Nyu-Yorkdakı həbsxanada ölü tapılıb. Rəsmi versiyaya görə, bu, intihar hadisəsidir.
Telegram kanalımız