Röyanın geyimi müzakirə yaratdı -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Röyanın geyimi müzakirə yaratdı - VİDEO

Şou

01 May 2026 13:34 170


Sosial şəbəkələrdə yayılan görüntülər Röya Ayxanın səhnə geyimi ilə bağlı müzakirələri yenidən alovlandırıb.

"Yeni Sabah" xəbər verir ki, məclislərin birində çıxış edən 43 yaşlı Xalq artistinin parlaq və açıq-saçıq səhnə obrazı birmənalı qarşılanmayıb.

Röyanın qızılı, bədənə kip oturan və dekolteli libasda ifa etdiyi kadrlar minlərlə baxış və rəy toplayıb.

İzləyicilərin bir qismi hesab edir ki, Xalq artisti fəxri adını adını daşıyan sənətçiyə daha klassik və “ağır” üslub yaraşır. Onlar bu cür səhnə geyimlərinin statusla uyğun gəlmədiyini qeyd edərək, obrazı tənqid ediblər.

Digər tərəfdən, sənətçini müdafiə edənlər də az olmayıb. Pərəstişkarlarının fikrincə, səhnə adamı üçün geyim sərbəstliyi normaldır və bu, şounun bir hissəsi kimi qəbul edilməlidir. 

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!