Əraqçi: Pentaqqon müharibə xərcləri barədə yalan danışır

saytların hazırlanması

Evə çatdırılma

Əraqçi: Pentaqqon müharibə xərcləri barədə yalan danışır

Dünya

01 May 2026 14:13 81


ABŞ-nin İrana qarşı hərbi kampaniyasının dəyəri 100 milyard dollara çatıb, yəni Pentaqon rəsmilərinin bildirdiyindən dörd dəfə çox.

"Yeni Sabah" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

"Pentaqon yalan danışır. İsrailin Baş naziri Benyamin Netanyahunun qumarı indiyə qədər Amerikaya 100 milyard dollar birbaşa xərclərlə başa gəlib - əvvəllər elan ediləndən 4 dəfə çox", - deyə o, "X" sosial media platformasında yazıb.

"Vergi ödəyiciləri üçün dolayı xərclər daha yüksəkdir. Hər bir Amerika ailəsi üçün aylıq ödəniş 500 dollardır və bu rəqəm sürətlə artır", - deyə nazir əlavə edib.

Xatırlatma: Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmə zamanı Pentaqon rəsmiləri "Epik Qəzəb" əməliyyatının dəyərini təxminən 25 milyard dollar olaraq qiymətləndiriblər. Lakin "CBS News" mənbələri qeyd edib ki, bu rəqəmlər yalnız sursat xərclərini əhatə edir.

"CNN" və "CBS News" mənbələrinə görə, hərbi əməliyyatın dəyəri hazırda 50 milyard dollara yaxınlaşır: bu rəqəmə yalnız xərclənmiş sursat xərcləri deyil, həm də zədələnmiş və ya məhv edilmiş hərbi texnika və müxtəlif obyektlərdən dəyən itkilər daxildir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!