Partlayışda yaralanan həkim vəfat edib? -RƏSMİ AÇIQLAMA -   YENİLƏNDİ

saytların hazırlanması

Evə çatdırılma

Partlayışda yaralanan həkim vəfat edib? -RƏSMİ AÇIQLAMA - YENİLƏNDİ

Hadisə

01 May 2026 15:34 897


Milli Onkologiya Mərkəzində partlayış nəticəsində xəsarət alan həkim Asif Nəsirlinin vəziyyəti ağırdır, müalicəsi davam etdirilir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.

Qeyd olunub ki, həkimin ölümü ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:

"Həkimin ölməsi ilə bağlı yayılan məlumat yalandır".

***

14:55

Milli Onkologiya Mərkəzində baş verən partlayış nəticəsində ağır yaralanan həkim radioloq Asif Nəsirli dünyasını dəyişib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

Xatırladaq ki, aprelin 30-da saat 14 radələrində Səhiyyə Nazirliyinin “Milli Onkologiya Mərkəzi”ndə partlayış baş verib.

İlkin araşdırmalarla onkoloji xəstə kimi qeydiyyatda olan 1988-ci il təvəllüdlü Əliyev Mübariz Sahib oğlunun qanunsuz olaraq əldə edib saxlayaraq gəzdirdiyi partlayıcı vasitəni qeyd olunan müalicə müəssisəsinin Radiologiya şöbəsində partlatması nəticəsində həkim Nəsirov Asif Akif oğlunu ümumi təhlükəli üsulla qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Baş vermiş partlayış nəticəsində M.Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Ağır bədən xəsarətləri alan A.Nəsirov xəstəxanaya yerləşdirilmişdi.

Fakt üzrə cinayət prosessual qanunvericiliyə uyğun olaraq Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.4 (ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!