Lənkəran rayonunun Sütəmurdov kəndində fəaliyyət göstərən quş kəsim sexində qanunvericiliyin pozulması faktı aşkarlanıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti məlumat yayıb.
Yoxlama sosial şəbəkələrdə yayılan görüntülər əsasında aparılıb.
Araşdırma zamanı müəyyən olunub ki, kəsim sexində istehsal prosesi nəticəsində yaranan tullantı suları heç bir təmizləyici qurğudan keçirilmədən torpaq məcralı axar vasitəsilə birbaşa Xəzər dənizinə axıdılıb.
Sexin vəzifəli şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilib və qanunvericiliyə uyğun müvafiq qərar qəbul olunub.
Telegram kanalımız