“Dünyada “Dağlıq Qarabağ” adlı hər hansı hüquqi və ya siyasi subyekt mövcud deyil. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə bağlı heç bir problem yoxdur və olmayıb. Əksinə, Azərbaycan dövləti həmin şəxslərin hüquq və təhlükəsizliyini təmin edib”.
“Yeni Sabah” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
O vurğulayıb ki, ölkə ərazisində qanuni əsaslarla yaşayan hər kəs sərbəst hərəkət etmək, yaşayış yerini seçmək və ölkəni tərk etmək hüququna malikdir.
Deputat könüllü şəkildə bölgəni tərk edən şəxslərin bu addımının “qovulma” kimi təqdim edilməsini əsassız və absurd adlandırıb. O, eyni zamanda sual edib ki, vaxtilə 1 milyona yaxın azərbaycanlının məcburi köçkün vəziyyətinə düşməsi niyə Avropa Parlamentinin gündəmində olmayıb.
Nazim Hacıyev
Telegram kanalımız