ABŞ olmasa da, əməliyyat keçirəcəyik - Netanyahu sərt danışdı  

saytların hazırlanması

Evə çatdırılma

ABŞ olmasa da, əməliyyat keçirəcəyik - Netanyahu sərt danışdı  

Dünya

22 Mart 2024 19:47 421


İsrailin baş naziri Benyamin Netanyahu Təl-Əvivdə ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb. 

Yenisabah.az xəbər verir ki, görüş zamanı tərəflər ABŞ-ın HƏMAS-a qarşı müharibədə İsrailə dəstəyini müzakirə ediblər. 

Görüş zamanı İsrailin Qəzza zolağının Misirlə sərhədində yerləşən Rəfah şəhərində hərbi əməliyyat keçirmək planları da müzakirə edilib.  pizza mizza

Netanyahu ABŞ-ın dəstəkləmədiyi halda belə əməliyyatı həyata keçirməkdən imtina etmək fikrində olmadığını bəyan edib. 

“Rəfaha girmədən və orada qalan briqadaları məhv etmədən HƏMAS-ı məğlub etmək üçün heç bir yolumuz yoxdur. Mən ona (Entoni Blinken - red.) dedim ki, ümid edirəm ki, biz bunu ABŞ-ın dəstəyi ilə edəcəyik. Amma əgər məcbur olsaq, bunu özümüz edəcəyik”, - Netanyahu bildirib. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!