“ABŞ prezidentinin qondarma “erməni soyqırımı”nı tanımasının Türkiyə üçün heç bir mənfi nəticəsi olmayacaq”.
Yenisabah.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib. Ekspert qeyd edib ki, Co Baydenin bu addımı Türkiyə üçün heç bir mənfi tendensiya ilə nəticələnməyəcək:
“ABŞ və Türkiyə müstəqil dövlətdirlər. ABŞ prezidentinin də, məhkəmələrinin də qərarı Türkiyə üçün heç nədir. Onlar “soyqırımı”nın olduğunu deyir, biz isə olmadığını bildiririk, vəssalam. ABŞ prezidentinin bu açıqlaması, səsləndirdiyi fikirlər Türkiyə üçün heç bir əhəmiyyət kəsb etmir və bunun Türkiyə üçün hər hansı mənfi, ziyanlı nəticəsi ola bilməz”. Toyuqlu pizza
Telegram kanalımız