“ABŞ Qarabağda bu siyasəti dəstəkləyir” - Metyu Brayza

saytların hazırlanması

Evə çatdırılma

“ABŞ Qarabağda bu siyasəti dəstəkləyir” - Metyu Brayza

Siyasət

08 Sentyabr 2023 23:15 3119


“ABŞ həm Azərbaycan, həm də Ermənistanı Laçın dəhlizi boyunca gərginliyi azaltmağa və sülh müqaviləsi istiqamətində işləməyə davam etməyə, danışıqlar apararkən gərginləşdirici addımlardan çəkinməyə çağırır”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında beynəlxalq ekspert, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

O bildirib ki, çağırışa həm Laçın dəhlizi, həm də Ağdam-Xankəndi yolu ilə sərbəst gediş-gəliş, Qarabağda yaşayan şəxslərin hüquq və təhlükəsizliyinin qorunması daxildir: Dominos pizza

“Bundan başqa, Avropa Şurasının sədri Şarl Mişel Prezident İlham Əliyevlə baş nazir Paşinyan arasında keçirdiyi son görüşdən sonra verdiyi bəyanatda Azərbaycanın Ağdamdan Qarabağdakı etnik ermənilərə humanitar yardım çatdırmağa hazır olduğunu ifadə etməsini alqışlayıb”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!