ABŞ dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin gizlicə Kiyevə səfər ediblər.
Yenisabah.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Prezident Aparatındakı mənbələr məlumat yayıb.
Amerika nümayəndə heyəti aprelin 24-də Ukraynaya gələrək prezident Volodimir Zelenski ilə görüşüb. pizza sifarişi
"Təhlükəsizlik səbəbinə görə bu gəliş elan edilməyib. Lakin görüşlər çox məhsuldar keçdi. Nəticələri səhər elan edəcəyik", - deyə mənbə qeyd edib.
Telegram kanalımız